hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Tramp neftin qiymətini aşağı salmaq üçün göstəriş verdi

Tramp neftin qiymətini aşağı salmaq üçün göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp “Saudi Aramco” şirkətinin zavodlarına dron hücumlarından sonra lazım olduğu təqdirdə bazarı sabitləşdirmək üçün ABŞ-ın strateji ehtiyatından neftin ayrılmasına icazə verib. 

Cebhe.info-nun məlumatına görə, ABŞ bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Neftin qiymətinə təsir göstərə biləcək Səudiyyə Ərəbistanına hücumlara əsaslanaraq, lazım olduğu təqdirdə strateji neft ehtiyatından istifadəyə icazə vermişəm”, - Tramp belə qeyd edib. Ağ Ev rəhbəri istifadə ediləcək neftin həcminin daha sonra müəyyənləşəcəyini bildirib. Prezident Trampın sözlərinə görə, bu həcm bazarda normal təchizat səviyyəsini saxlamaq üçün kifayət edəcək. 

Qeyd edək ki, “Saudi Aramco” şirkətinin obyektləri – ölkənin mərkəzi hissəsində yerləşən Abkayk və Hurays yataqları sentyabrın 14-dü dron hücumlarına məruz qalıb. Ər-Riyaddan daxil olan məlumata əsasən, krallıq baş verən hadisə ilə əlaqədar sutkalıq hasilatı 5,7 milyon barel azaldacaq. Bu da ölkədəki sutkalıq hasilatın yarısı deməkdir. Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman ilə söhbətində hücumu “qəti şəkildə pisləyib” və Ər-Riyada köməyini təklif edib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 837