hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp Qarabağdan danışdı: "Baxacağıq, görək bunu dayandıra bilirikmi?!”

Tramp Qarabağdan danışdı: "Baxacağıq, görək bunu dayandıra bilirikmi?!”

“ABŞ rəhbərliyi Dağlıq Qarabağdakı vəziyyəti yaxından izləyir və artan münaqişənin qarşısını almağa çalışır”.

Cebhe.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

“Çox yaxından izləyirik. Bu, təzə baş verib, bu barədə məlumatım var. Bu bölgədə çoxları ilə yaxşı münasibətlərimiz var. Baxacağıq, görək bunu (münaqişəni – red.) dayandıra bilirikmi?!”, - deyə Ağ Ev rəhbəri bildirib.

Xatırladaq ki, Dövlət Departamenti də bəyanat yayıb və tərəfləri danışıqlara çağırıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2366

Bizim Telegram səhifəmizi izləyin