hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Tramp Ruhani ilə görüşdən imtina etdi 

Tramp Ruhani ilə görüşdən imtina etdi 

Amerika Birləşmiş Ştatlarının Pezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşdən imtina edib.

Prezident bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində H.Ruhani ilə görüşməyə çalışmır.

Cebhe.info-nun məlumatına görə, Tramp rəsmi Tehrana uranı zənginləşdirməklə bağlı göstərdiyi fəaliyyətlərə görə xəbərdarlıq edib. O, bu addımın çox təhlükəli nəticələri olacağını bildirib. Tramp eyni zamanda rəsmi Tehranın öz nüvə proqramı ilə əlaqədar Vaşinqtonla razılaşma əldə etmək istədiyinə inandığını deyib. Donald Tramp bundan öncə bir neçə dəfə İranla heç bir ilk şərt olmadan müzakirələr aparmağa hazır olduğunu bəyan edib. Həsən Ruhani isə yenidən müzakirələrin başlanması üçün sanksiyaların ləğv edilməsini ilkin şərt kimi irəli sürüb. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 793