hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp seçki günahkarını tapdı: Dərman şirkətləri

Tramp seçki günahkarını tapdı: Dərman şirkətləri

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp prezident seçkilərində onun daha çox səs toplaya bilməməsində günahkarların olduğunu deyib.

Cebhe.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, iri əczaçılıq və texnologiya şirkətləri, həmçinin kütləvi informasiya vasitələri seçkilərdə onun uduzmağı üçün çalışıblar.

"Təsəvvur edirsiniz, adlarını çəkdiyim qüvvələr seçkiqabağı kampaniyada milyon dollara başa gələn neqativ reklam hazırladılar", - deyə Tramp bildirib.

"Mənim qələbə qazanmamağım üçün çalışan qüvvələrdən “BioNTech” və “Pfizer” nəhəng dərman şirkətləridir. Bu şirkətlər koronavirus vaksininin uğurlu olmasının bəyan edilməsini ləngitdi və mənim qələbə qazanma şansıma təsir göstərməyə çalışdılar", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib və səsvermələrin nəticələrinə görə, demokrat Co Bayden irəlidə olsa da, Tramp səsvermələrin saxtalaşdırdığını iddia edir.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1222

Bizim Telegram səhifəmizi izləyin