hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Tramp sistemə qarşı savaş açır?- "O, bu xətti davam etdirəcək"

Tramp sistemə qarşı savaş açır?- "O, bu xətti davam etdirəcək"

Xəbər verdiyimiz kimi, ötən gün Amerikada yeni prezident Co Baydenin andiçmə mərasimi keçirilib.

Baydenin qələbəsiylə heç cür barışmayan keçmiş prezident Donald Tramp isə bu mərasimdə iştirak etməyib. Donald Tramp verdiyi açıqlamalarda siyasi səhnəni tərk etməyəcəyini bildirib.

Hesab edilir ki, Trampın sistemə qarşı başladığı mübarizə gec-tez nəticə verəcək.
Tramp güclü müxalifətin lideri kimi siyasi səhnəyə qayıtması mükündürmü?

Cebhe.info-ya açıqlamasında politoloq Fikrət Sadıqov bildirib ki, Trampın bu mövzuda çıxışları uzun müddət davam edəcək:

“Əslində Respublikaçılar və Demokratlar arasında fikir ayrılığı hər zaman mövcuddur və olacaq da. Bütün məsələrlə bağlı, istər ölkədaxili problemlər, istərsə də beynəlxalq məsələlərə müxtəlif mövqedən yanaşırlar. Trampın da ziddiyətli bəyənatları olub. Ancaq bu o demək deyil ki, o Baydenə qarşı hansısa bir qüvvə yaradacaq və yeni bir mübarizə başladacaq. Sadəcə tənqidlər olacaq. O hələ də elə hesab edir ki, səslər düzgün hesablanmayıb.

Mən düşünürəm ki, bu vəziyyət uzun müddət daha davam edəcək. Amma bunu da unutmayaq ki, hazırda Trampı keçmiş tərəfdarları da tənqid edir. Yəni hesab etmirəm ki, böyük bir siyasi qüvvə Trampı dəstəkləsin və nəticədə də hansısa qalmaqallı bir vəziyyət yaransın”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 628