hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Tramp Türkiyəni indi nə ilə “vuracaq”?

Tramp Türkiyəni indi nə ilə “vuracaq”?

ABŞ Prezidenti Donald Tramp Ankaranın “icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə “Türkiyə iqtisadiyyatını məhv edəcəyi” ilə hədələyib. 

Ağ Evin rəhbəri bu barədə şəxsi “Tvitter” hesabında paylaşım edib. “Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm” - Tramp belə yazıb. 

“Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi addım atacam, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm”, - Tramp belə yazıb.

Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri “saxlanılmış İŞİD-çilərə və onların ailələrinə diqqət etməlidirlər”. “ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD-I 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəlib”, - deyə ABŞ Prezidenti bildirib. Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq. Ərdoğan isə bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O, əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.

İqisadçı-ekspert Cümşüd Nuriyevin sözlərinə görə, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları nəticə verməyəcək:

“Türkiyə ABŞ-ın diktəsi ilə oturub-durmadı və öz müstəqil siyasətini yürütməyə başlayıb. Bu da ABŞ-ın xoşuna gəlmir. Ona görə də Trampı şoumen kimi danışdırırlar. Lakin Vaşinqton bir məsələni nəzərə almalıdır. 60 ildir Kuba Amerikanın iqtisadi sanksiyası altındadır. 40 ildir İrana sanksiyalar tətbiq olunur. Beş ildir Rusiya sanksiyalara məruz qalır. Belə bir şəraitdə ABŞ Türkiyə iqtisadiyyatına heç bir təsir göstərə bilməyəcək. Çünki Türkiyə dünya tekstil sənayesinin 6 faizinə, inşaat sənayesinin 6 faizinə nəzarət edir. Türkiyə özünü təmin edəcək qədər ümumi daxili məhsula malikdir. ABŞ-dan fərqli olaraq, Türkiyənin xarici borcu ümumi daxili məhsulu qədər deyil. Sadəcə olraq, ABŞ-da Donald Trampı hakimiyyətə gətirən qüvvələr Türkiyəni cilovlamaq istəyir. Bu isə uğursuz gedişdir. Tramp Türkiyəyə heç nə edə bilməyəcək. Türkiyə çox güclü dövlətdir. ABŞ-dan fərqli olaraq, Türkiyənin 600 illik imperiya təcrübəsi var. Türkiyəyə qarşı sanksiya tətbiq olunsa belə, rəsmi Ankara bu problemi aradan qaldırmağı bacaracaq. ABŞ-ın tətbiq etdiyi qadağalar müəyyən qədər türk lirəsinin məzənnəsinə təsir göstərə bilər. Amma Türkiyənin qiymətli kağızlar birjası var.  ABŞ bu addımı atsa, Türkiyə ticarət əməliyyatlarını milli valyita ilə aparacaq. Bu, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qəbul etdiyi sanksiyalarla bağlıdır. Sanksiyalar olarsa, bu Türkiyənin maliyyə bazarına və lirənin kursuna təsiri qaçılmazdır. Ancaq Türkiyə bu problemdən çıxış yolunu tez tapacaq. Amerika Türkiyəni bir dəfə sınaqdan çıxarıb. Lirə dollar qarşısında çox sürətlə ucuzlaşsa da dəyərini bərpa edə bildi. İrandan fərqli olaraq, Türkiyədə milli valyutanın kəskin devalvasiyası baş verməyəcək. Türkiyə sənaye dövlətidir və istehsal potensialı çox güclüdür. Həm də Türkiyənin təbii sərvətləri var. ABŞ Türkiyəyə turizm səfərlərini qadağan edə bilər. Lakin Türkiyənin ümumi daxili məhsulunda turizmin payı 50 faizə çatır. Ona görə də ABŞ Türkiyəyə heç nə edə bilməyəcək. ABŞ türk lirəsinə təyiq etsə də bu davamlı olmayacaq. Türkiyəni sanksiyalarla hədələmək ABŞ-a başucalığı gətirmir. Türkiyəni islam dünyası da tək qoymayacaq”.

Cümşüd Nuriyev onu da vurğuladı ki, Tramp administyrasiyasının təhdidlərinə baxmayaraq, Türkiyə Fərat çayının sağ sahilində hərbi əməliyyatlar keçirmək qərarından imtina etməyəcək: 

“Türkiyə Suriya ilə sərhəddə 85 min nəfərlik ordu yığıb və öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Türkiyə əməliyyatları keçirəcək və həmin ərazidən ABŞ-ın əlaltısı olan PKK da çəkiləcək, İŞİD də çıxarılacaq. Əks təqdirdə, Türkiyə üçün problem yarana bilər”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4533