hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Tramp təkcə kreslonu yox, “ticarət savaşı”nı da uduzdu

Tramp təkcə kreslonu yox, “ticarət savaşı”nı da uduzdu

ABŞ Prezidenti Donald Tramp vəzifəsini təhvil verməyə az müddət qalmış daha əvvəl özü başlatdığı “ticarət müharibəsi”ni də uduzub. Belə ki, Çinlə başlayan “ticarət savaşı”nda ABŞ istədiyinə nail ola bilməyib.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, Tramp 2016-cı ildə prezident seçkisində Çinlə iqtisadi münasibətlərə dair bəzi vədlər vermişdi və ticarət kəsirini sürətli şəkildə tərsinə, ölkəsinin lehinə çevirəcəyini bildirmişdi. Ancaq Tramp hakimiyyəti müddətində buna nail ola bilmədi və noyabr ayında ticarət kəsiri 287 milyard dollar oldu.

Ticarət kəsiri səbəbində şirkətlər idxalı Vyetnam kimi ölkələrə istiqamətləndirmişdi. Nəticədə 2019-cu ildə ticarət kəsiri müəyyən qədər azaldı, amma 2016-cı ildəki səviyyə ilə müqayisədə yüksək qalmaqda davam etdi.

Səbəb isə ÇİN-nin ABŞ məhsullarına qarşı tətbiq etdiyi 110 milyard dollara çatan gömrük rüsumləri oldu. Nəticədə ABŞ məhsullarının bu ölkəyə idxalı azaldı.

1 il öncə imzalanan sazişlə rəsmi Pekin 172 milyard dollarlıq ABŞ məhsulunun idxalına söz versə də, noyabrın sonunda bu hədəfin ancaq 51 faizini gerçəkləşdirmək mümkün oldu. Pandemiya səbəbindən enerji qiymətlərinin azalması və "Boeing"lə bağlı problemlər də burada mühüm rol oynadı.

Heç bir vəhclə bağlanması mümkün olmayan ticarət kəsiri ABŞ şirkətlərinin Çinin böyük istehsal potensialına nə qədər ehiyacı olduğunu da ortaya qoydu. Çinin dövlət rəhbəri Si Cinpin isə indiyə qədər görünməmiş açıqlama ilə çıxış edərək ABŞ-da daxili qarşıdurmanın davam etdiyi xatırladıb:

"Zaman və şərtlər Çinin tərəfindədir. Dünya bu əsrdə görünməmiş dəyişikliyə doğru gedir, amma zaman və şərtlər bizə uyğundur”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1717

Bizim Telegram səhifəmizi izləyin