hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Tramp xüsusi nümayəndəsini Əfqanıstana göndərdi

Tramp xüsusi nümayəndəsini Əfqanıstana göndərdi

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Kabil və Dohaya yola düşüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, diplomat sülh prosesi üçün Əfqanıstan rəhbərliyi və taliblərin lideri ilə görüşəcək.

Prezident Donald Tramp Əfqanıstana planlaşdırılmamış səfəri çərçivəsində taliblərin məsuliyyəti üzərlərinə götürdükləri terror hadisələrindən sonra danışıqların dayandırıldığını bəyan etmişdi.

Xəlilzad bütün tərəfləri dialoqa cəlb etməyi sürətləndirmək məqsədilə Kabil və Dohada bir sıra görüşlər keçirəcək. Xüsusi nümayəndənin digər ölkələrin liderləri ilə də görüşü gözlənilir.

Cebhe.info


Oxunma sayı: 518