hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Trampa iki cəbhədən hücum: Siyasətə pul da qoşuldu

Trampa iki cəbhədən hücum: Siyasətə pul da qoşuldu

Son vaxtlar siyasi basqılarla üz-üzə qalan ABŞ Prezidenti Donald Trampa qarşı artıq iqtisadi təzyiqlər də işə düşüb. 

Trampın birgə işlədiyi “Mazars LLP” mühasibat firmasından onun son səkkiz ildəki bütün vergi sənədlərini Nyu York ştatının ittihamçılarına verməsi tələb olunub. ABŞ apelyasiya məhkəməsinin bu barədə çıxardığı hökm Trampın öz maliyyə vəsaitlərini gizli saxlamaq səylərinə ciddi zərbə hesab edilir. 

Çıxarılan hökmlə bağlı Prezidentin Ali Məhkəməyə müraciət edəcəyi gözlənilir. Bu qurumdakı doqquz ali hakimdən ikisini Donald Tramp təyin edib. Hakimlərdən beş nəfər isə mühafizəkar təmayüllü sayılır. Manhetten rayon prokuroru, demokrat Cyrus Vans Donald Tramp və onun ailəsinin daşınmaz əmlak biznesinə qarşı açlımış təhqiqata başılayıb və Trampın gəlirlər bəyannaməsini əldə etməyə çalışır. Həmin təhqiqatın miqyası bəlli deyil. Məlumdur ki, oktyabrın 31-də Konqresin Nümayəndələr Palatası Donald Trampa qarşı impicment proseduruna başlanılması ilə bağlı qətnamə qəbul edib. Artıq qətnamənin icrası ilə bağlı  dinləmələrə başlanılıb. Xatırladaq ki, demokratlar Donald Trampın Ukraynanın dövlət başçısı Vladimir Zelenskini hərbi yardımı dayandıracağı ilə bağlı hədələdiyi bildirirlər. Qeyd olunur ki, Tramp Zelenskiyə Demokratların prezidentliyə potensial namizədi Con Baydenin Ukraynada biznes əlaqələri olan oğlu Hanterlə bağlı araşdırma aparılması üçün təzyiq göstərib. Onu da əlavə edək ki, ABŞ siyasətini yönəldən şəxslərdən olan Corc Soros da bu yaxınlarda öz namizədinin adını açıqlayıb. Milyarderin Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün əlindən gələni edəcəyi bildirilir. Göründüyü kimi, ABŞ Prezidenti hərtərəfli hücumlarla üz-üzədir. 

Donald Tramp təzyiqlərə davam gətirərək, mövqeyini qoruya biləcəkmi?

Artıq Demokratların mövcud prezidentə qarşı hücuma keçməsinin reallıq olduğunu deyən politoloq Fikrət Sadıxov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, məqsəd Donald Trampa impicment tətbiq olunmasıdır:

“Bununla bağlı Konqresin aşağı palatasında gərgin işlər aparılır, bir sıra siyasilər dinləmələrə dəvət olunub. Bu öz-özlüyündə dövlət başçısı olaraq Tramp üçün böyük təhlükədir. Amma onu sığortalayan amil ondan ibarətdir ki, Konqresin yuxarı Palatası olan Senatda respublikaçılar çoxluq təşkil edir. 

Doğrudur, respublikaçılar arasında da Trampın əleyhinə olanlar var, amma çoxluq onun tərəfindədir. Ona görə də gözləmirəm ki, yaxın vaxtlarda impicment elan olunsun - çünki, bu əslində, mürəkkəb bir məsələdir - amma bu Trampın mövqeyini zəiflədə bilər. Dinləmələr, şahidlərin konqresdə çıxışları əlbəttə onun 2020-ci ildə yenidən seçilməsinə müəyyən problemlər yarada bilər. Demək olar ki, ABŞ cəmiyyəti iki yerə bölünüb - Donald Trampın tərəfdarları və Demokratların rəhbərlik etdiyi əleyhdarları”.

Corc Sorosun öz namizədini açıqlamasının Trampın mövqeyinə necə təsir edəcəyinə gəlincə, politoloq bildirib ki, adıçəkilən şəxsin ABŞ-da bir sıra siyasi məsələlərin arxasında dayandığı məlumdur, hətta onun maliyyə dəstəyi ilə dünyada proseslər baş verir:

“Amma onu da unutmaq lazım deyil ki, Donald Tramp özü də milyarderdir. Hər halda, onunla rəqabət edənlərin siyasi və maliyyə qüvvələri də var. Bunlar onu göstərir ki, 2020-ci ildə ABŞ-da prezident seçkiləri çox gərgin keçəcək. Bu gərginliyi Demokratların Trampa qarşı münasibəti yaradır. Təbii ki, Donald Tramp da ideal “fiqur” deyil və onun da bir sıra səhvləri üzə çıxır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1123