hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Trampdan Baydenə “donuz qripi” ittihamı

Trampdan Baydenə “donuz qripi” ittihamı

ABŞ Prezidenti Donald Tramp rəqibi, Demokrat namizəd Co Baydenin milli epidemiyalarla mübarizə qabiliyyətini tənqid edib.

"Biz COVID-19-la bağlı fenomenal iş gördük. İnanılmaz bir iş gördük. Digər tərəfdən baxın. Baydenə baxın, yuxulu Baydenə. “Donuz qripi” deyilən bir xəstəlik vardı. Müalicəsi çox asan olan fəlakət idi”- deyən Tramp əlavə edib ki, Baydenin vitse-prezident olduğu əvvəlki Amerika administrasiyası epidemiya ilə nə edəcəyini bilmədiyinən onun öhdəsindən gəlməyib.

Tramp Baydenin hərəkətlərini müstəsna olaraq tənqid etdiyini deyib. Ağ Evin rəhbəri həmçinin bildirib ki, rəqibi “donuz qripi”nin rəsmi adı olan H1N1-i tələffüz edə bilmədiyinə görə, onu N1H1 adlandırıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 892

Bizim Telegram səhifəmizi izləyin