hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Trampdan daha bir qalmaqallı BƏYANAT

Trampdan daha bir qalmaqallı BƏYANAT

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından çıxa biləcəyini deyib.

Cebhe.info-nun məlumatına görə, bunu Amerika lideri Britaniya və Niderlandın “Shell” şirkətinin Monaka şəhərində yerləşən neft-kimya kompleksinin işçiləri qarşısında çıxışında bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, lazım gəlsə, ABŞ təşkilatdan çıxacaq: “Bilirik ki, onlar illərlə bizi aldadıblar. Bu, bir daha təkrarlanmayacaq”.

Xatırladaq ki, Tramp əvvəllər də baş ofisi Cenevrədə yerləşən ÜTT-ni dəfələrlə tənqid edib. Onun narazılığının əsas səbəbi ondan ibarətdir ki, təşkilat tərkibində Çinin inkişaf etməkdə olan ölkə statusu var.

Beynəlxalq Valyuta Fondu tərəfindən nominal ÜDM səviyyəsinə görə tərtib edilən siyahıda Çin Xalq Respublikası ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. Bununla belə, ÜTT-dəki status Pekinə kənd təsərrüfatını inkişaf etdirmək üçün subsidiya almasına və məhsul idxalı üçün yüksək baryer təyin etməsinə imkan yaradır. Tramp xüsusilə bu statusun səlahiyyətsizliyindən danışır və Çini Amerika texnologiyalarını oğurlamaqda ittiham edir.

Bununla belə, Almaniyanın “DW” portalı qeyd edir ki, ümumilikdə ABŞ-ın ÜTT-nin vasitəçiliyi ilə udduğu mübahisələrlə bağlı yaxşı statistikası var. Belə ki, cari ilin yanvar ayında Vaşinqton ÜTT-nin apelyasiya orqanının üzvlərinin seçim prosesinin tez bir zamanda başlamasını tələb edən təklifə qarşı çıxıb. Hazırda bu orqanın üç üzvü fəaliyyət göstərir. Lakin onların ikisinin dekabr ayında ikinci və sonuncu səlahiyyət müddəti başa çatır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 881