hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Trampdan kürdlərə TARİX İTTİHAMI: “4 müharibədə bizə kömək etmədilər”

Trampdan kürdlərə TARİX İTTİHAMI: “4 müharibədə bizə kömək etmədilər”

Türkiyənin Suriyada kürd silahlılarına qarşı hərbi əməliyyata başladığı bir zamanda dünyanın diqqəti həm  də Ağ Evə dikilib.

Bu dəfə Prezident Donald Tramp kürdlərin ünvanına ittihamlarla yadda qalıb. 

Cebhe.info xəbər verir ki, Tramp kürdlərə 1944-cü il Normandiya hadisələrini xatırladıb. Tramp bunu jurnalistin "Siz kürdləri dəstəkləyirsinizmi?" sualına cavabında deyib. 

Qeyd edib ki, kürdlər ABŞ-a İkinci Dünya Müharibəsində Normandiyada kömək etməyiblər: "Biz kürdlərə kömək üçün külli miqdarda pul xərcləmişik, bura döyüş sursatı, silah, pul daxildir. Bununla yanaşı, kürdlər bizim xoşumuza gəlir. Onlar öz torpaqları uğrunda mübarizə aparırlar. Ancaq onlar bizə İkinci Dünya Müharibəsində Normandiyada kömək etmədilər".

Tramp həmçinin qeyd edib ki, Normandiya ilə yanaşı kürdlər Koreya və Vyetnam müharibələrində, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda ABŞ-a kömək etməyib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 2168