hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Trampdan Kim Çenə xəbərdarlıq: “Yaxında görüşərik!”

Trampdan Kim Çenə xəbərdarlıq: “Yaxında görüşərik!”

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çenə səslənib.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Tramp 2020-ci ildə prezident seçkilərində rəqibi, ABŞ-ın keçmiş vise-prezidenti Co Baydenə Şimali Koreya Dövlət Agentliyinin (KCNA) “quduz köpək” bənzətməsi xəbərini paylaşaraq Kim Çenə "Twitter"-dən müraciət edib.

ABŞ prezidenti “Səni gəlmək istədiyin nöqtəyə gətirəcək tək insan mənəm. Tələsməlisən və anlaşma yaratmalısan” şəklində açıqlama verib.

O bildirib ki, Bayden yuxulu və olduqca yavaş ola bilər, ancaq “quduz köpək” deyil. Sonda Tramp “yaxında görüşərik” xəbərdarlığını edib. 

Prezidentin bu açıqlaması ABŞ mediasında reaksiyalara səbəb olub.

Xatırladaq ki, ABŞ-da 2020-ci il prezident seçkilərinə demokrat namizəd Co Bayden qatıldığı bir toplantıda Kimi təhqir edərək Şimali Koreya siyasətini tənqid etmişdi. Bundan sonra KCNA Baydeni “çubuqla davranılması gərəkən quduz it” adlandırmışdı.

Cebhe.info


Oxunma sayı: 738