hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Trampdan sensasion iddia: “Əlimdə nəticəni dəyişdirəcək sübutlar var”

Trampdan sensasion iddia: “Əlimdə nəticəni dəyişdirəcək sübutlar var”

ABŞ-da keçirilən prezident seçkisi ilə bağlı qalmaqal davam edir.

Cebhe.info xəbər verir ki, Prezident Donald Tramp səsvermənin nəticələrini dəyişdirəcək seçki saxtakarlığının olduğunu deyib. Bildirib ki, əlində bunu təsdiqləyəck sübutlar var.

Sosial şəbəkə hesabında bu barədə yazan Tramp qeyd edib ki, özünü qalib adlandıran Cizef Baydenin belə bir şəraitdə tələsik hökumət formalaşdırmaq cəhdi maraqlıdır.

Tramp yazıb ki, əlindəki məlumatlar dörd ştatda səsvermə nəticələrini dəyişdirmək imkanındadır. Bu isə ümumi nəticəyə təsir edəcək.

Xatırlada qki, 3 noyabrdakı seçkinin qalibi olaraq demokrat namizəd Cozef Bayden prezident elan edilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2047

Bizim Telegram səhifəmizi izləyin