hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Trampı İran savaşından çəkindirəcək QƏRAR?

Trampı İran savaşından çəkindirəcək QƏRAR?

ABŞ Konqresi prezident Donald Trampın İranla müharibə başlatmasına mane olub.  

Buna görə də Nümayəndələr Palatası müdafiə büdcəsində xüsusi dəyişiklik edib. 

Bu barədə “The Hill” nəşri yazıb.

Bildirilir ki, düzəliş Tehrana qarşı hərbi əməliyyatların maliyyələşməsini qadağan edir. Hələlik Konqres müharibə elan etməyəcək və buna qanunvericilik çərçivəsində imkan verilməyəcək. Sənədi 251 nəfər dəstəkləyib, 170 nəfər ona qarşı çıxıb. 

ABŞ Konqresinin bu addımı İranla müharibə etmək istəyən Trampı durdura biləcəkmi?  

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Trampın İrana qarşı hərbi əməliyyatların qarşısını almaq üçün Nümayəndələr Palatasının  qətnaməsi hərbi müdaxilənin qarşısını almağa kifayət etməyəcək:

"İlk növbədə ABŞ prezidentinin veto hüququ var və bu hüquqdan istifadə  edir. Sadəcə, Trampa qarşı müxalif konqresmenlər bu qərarla göstərmək istəyirlər ki, onların mövqeyi də həlledici faktordur. Qeyd edim ki,  ABŞ -da İrana qarşı hərbi əməliyyatlara qarşı  olanlar da var. Bu sənəd onların mövqeyini əks etdirir. Amma bu qətnamə Trampın mümkün  hərbi əməliyyatlara başlamaq planın qarşısını ala bilməz".

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 1541