hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Trampın məktubu İrəvanı niyə qıcıqlandırıb?- ŞƏRH 

Trampın məktubu İrəvanı niyə qıcıqlandırıb?- ŞƏRH 

ABŞ prezidenti Donald Trampın Ermənistan baş naziri  Nikol Paşinyana məktubu bu ölkədə narahatlıq yaradıb. Belə ki, Donald Tramp Nikol Paşinyana ünvanladığı təbrik məktubu məzmununa görə əvvəlkilərdən fərqlənib. 

Ermənistanın xarici siyasət məsələləri üzrə eksperti Suren Sarkisyan deyib ki, ilk dəfədir ABŞ Ermənistana sülhməramlı missiyada iştirakına görə təşəkkür etmir. 

Halbuki, keçmişdə bu məqam həmişə xatırlanar və yüksək qiymətləndirilərdi: “Mən bunu Ermənistanın Suriya böhranındakı iştirakı ilə əlaqələndirirəm. Fikrimcə, bu, ABŞ tərəfindən qəbul edilməyib". Narahatlıq yaradan məqamlardan biri də məktubdakı "demokratik və qonşularla sülh şəraitində yaşamaq" ifadələri olub. Görünən odur ki, ABŞ da Ermənistanın qonşularla sülh şəraitində yaşamaq probleminin fərqindədir. 

Mövzu ilə bağlı Fikrət Sadıxov Cebhe.info-ya deyib ki, ABŞ prezidenti Ermənistana açıq-aydın qonşularla sülh şəraitində yaşamağın mesajını verib: 

“Dolayısı yolla isə bildirib ki, torpaqların bir hissəsini işğal altında saxlayırsan. Mən hesab etmirəm ki, Trampın BMT-nin qətnamələrindən xəbəri olmasın. Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır. Trampın bu cavabı Ermənistana bir işarədir ki, torpaqlarını zəbt etdiyi dövlətlə bir araya gəlsin, eləcə də müəyyən hüquqi normalara əməl etsin. ABŞ tərəfindən Azərbaycana təbrik məktubu gələndə ölkəmizin sülhməramlı missiyası yüksək qiymətləndirilir. Bu da ABŞ-ın mövqeyini əks etdirir. Tramp demək istəyir ki, əgər Ermənistan özünü demokratik ölkə və cəmiyyət hesab edirsə, ilk növbədə qonşularla sülh şəraitində yaşamalıdır”. 

Politoloq qeyd edib ki, ABŞ Ermənistanla hər hansı əməkdaşlıqdan o qədər də məmnun deyil: 

“Heç inandırıcı da deyil ki, onların Ermənistana çox böyük simpatiyası var. Sadəcə, ABŞ-da zəngin və güclü erməni lobbisi yaşayır. Onlar Konqresin, deputatların seçilməsinə öz dəstəyini göstərir. Həmçinin, bu lobbi tərəfindən həm maliyyə, həm də siyasi dəstək var. Bundan əlavə, erməni zəngin dairələr müəyyən mənada Ağ Evə də təsir göstərə bilirlər. Amma buna baxmayaraq, düşünmürəm ki, ABŞ-Ermənistan münasibətləri bundan sonra da inkişaf etsin. Çünki Tramp çox güclü və müstəqil siyasətçidir. O, hansısa dairələrin təzyiqi altında qalmaz. Bu da birmənalı olaraq Amerikanın mövqeyi və maraqlarıdır”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 598