hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Trampın eşq macərası: Yeni kompromatlar tapılıb

Trampın eşq macərası: Yeni kompromatlar tapılıb

Britaniyanın “MI6” kəşfiyyat xidmətinin sabiq zabiti Kristofer Stil ABŞ-ın eks-prezidenti Donald Tramp haqqında ikinci "sənəd" hazırlayıb.

Cebhe.info-nun məlumatına görə, Tramp barədə məlumatlar qovluğu Federal Təhqiqat Bürosuna təqdim ediləcək.

Sənədin eks-prezidentin ətrafının Rusiya ilə əlbir olması və Trampın Moskvadakı eşq macəraları ilə bağlı kompromatlardan ibarət olduğu ehtimal edilir.

“Rusiya işi” ilə bağlı birinci sənəd ciddi qalmaqala səbəb olmuşdu. "The Daily Telegraph“ yazır ki, Donald Trampla bağlı başqa bir kompromat onun 2016-cı il prezident seçkilərindəki qələbəsindən sonra İngilis kəşfiyyat zabiti tərəfindən FTB-yə göndərilib. Bu barədə nəşrə danışan mənbələr ikinci sənəddə ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı əlavə açıqlanmamış məlumatların, həmçinin Moskvanın əlində Trampa qarşı bir neçə kompromat materialın olduğuna dair iddiaların olduğunu bildirib.
İddia sənədində Moskvanın Trampın sevgi macəraları ilə bağlı əlavə kompromat məlumatlara malik olduğu bildirilir.

Eyni zamanda, qəzet qeyd edir ki, may ayının əvvəllərində Trampın seçki kampaniyası və qərargahının strategiyası haqqında məlumatlar altı il əvvəl seçki yarışı zamanı Rusiya kəşfiyyat zabitlərinə ötürülüb.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1332