hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Trampın “ İranı yox edərik” təhdinə Tehrandan CAVAB

Trampın “ İranı yox edərik” təhdinə Tehrandan CAVAB

İran ABŞ Prezidenti Donald Trampın “Bu ökəni yox edərik” təhdidini cavabsız qoymayıb.

Cebhe.info xəbər verir ki, Xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın öz qənaətində yanıldığını bildirib:

“ABŞ İranı yox edəcək durumda deyil. Qadağan olunmuş kütləvi qırğın silahlarından istifadə etmədən bunu edəcək gücü yoxdur”.

İranın istənilən hücuma hazır olduğunu deyən nazir “Biz müharibə və ya qarşıdurma istəmirik. Tramp xatırlamalıdır ki, 18-ci əsrdə yaşamırıq və BMT-nin müqaviləsinə əsasən, müharibə təhdidləri qeyri-qanunidir”, - deyə vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında “İran tərəfindən ediləcək hər hansı bir hücuma böyük və əzici bir güclə cavab veriləcək. Bəzi sahələrdə əzici "yoxedici" mənasına da gələ bilər", - yazıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2102