hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Trampın qorxulu kabusu: Addım-addm Ağ Evə yaxınlaşır

Trampın qorxulu kabusu: Addım-addm Ağ Evə yaxınlaşır

Amerika Birləşmiş Ştatlarında (ABŞ) növbəti prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək. 

İndidən prezidentlik uğrunda mübarizə başlayıb. Maraqlıdır ki, növbəti seçkilərin favoriti hazırkı prezident Donald Tramp deyil. Demokratların namizədi Co Baydenin şansları getdikcə artır. Böyük Britaniyanın “The Independent” qəzeti iddia edib ki, Co Bayden ABŞ-ın növbəti prezidenti seçilə bilər. Belə ki, qəzet bu haqda amerikalı seçicilər arasında keçirilən sorğunun nəticəsinə görə məlumat yayıb.

Sorğunun nəticəsinə görə, əgər indi seçki baş tutsaydı və Co Bayden və Donald Tramp bir-birinin rəqibi olsaydı, onda demokratların namizədi 49 faiz, indiki prezident 38 faiz səs toplayardı. Bundan əlavə, Trampı geridə qoyan demokratların digər namizədləri də var. Məsələn, Berni Sanders Trampı 5, Elizabet Uorren isə 2 faiz geridə qoyur.

Görünən odur ki, Co Bayden artıq Donald Trampın kabusuna çevrilib. Maraqlıdır, ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinin nəticəsi necə olacaq?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, ABŞ-da seçki inistutu demokratik dəyərlərə uyğun deyil: 

“Hesab edirəm ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı indidən proqnoz vermək doğru deyil. Çünki Trampın qalib gəldiyi seçkilərdə də, keçirilən sosioloji sorğular Hillari Klintonun öndə olduğunu göstərirdi. Ancaq nəticədə Tramp gözlənilmədən prezident seçildi. Təbii ki, bu siyasi çevrələrdə, həm də sorğu aparan şəbəkələrdə gözlənilməz nəticədə olaraq dəyərləndirildi. Heç bir ciddi siyasətçi və sorğu aparan şəbəkələr Trampın qalib gələcəyini gözləmirdi. Çünki Tramp “dövlət adamı” deyildi, biznesmen idi. Ona görə də, hər kəs düşünürdü ki, Tramp bu səviyyədə səs ala bilməz. Amma nəticələr proqnozların əksinə oldu. Nə qədər ABŞ-da seçki sisteminin demokratik olduğu iddia olunsa da, düşünürəm ki, əslində ABŞ-ın seçki sistemi çox bərbad vəziyyətdədir. Xalq özünə birbaşa prezident seçmək imkanından məhrum edilib. Vətəndaşlar birbaşa prezident seçmir, onlar öz nümayəndələrini seçirlər. Bundan sonra isə, prezidenti nümayəndələr seçirlər. Bu da seçkinin demokratikliyinə böyük mənada kölgə salır”.

Natiq Miri vurğulayıb ki, hazırda ABŞ-da Trampın əleyhinə müxtəlif sistemlər fəaliyyət göstərir: 

“Bu, həm mətbuatda, həm siyasi düşərgədə, həm də sorğu şəbəkələrində Trampın əleyhinə mübarizə gedir. Bir müddət öncə, demokrat Sandersin də prezidentliyə namizəd olacağı və bununla bağlı sorğuların aparılması ilə bağlı məlumat yayılmışdı. Bu informasiyalar Trampı dəstəkləyən “FOX” TV-də bəyan edildi. Həmin sorğunun nəticələrinə görə, Sanders Trampın böyük fərqlə üstələyirdi. Bu baxımdan Co Baydenin 49 faiz səslə Trampı üstələyib şəklində olan məlumatlara indidən güvənmək doğru deyil”.

Natiq Miri ABŞ seçkilərinin nəticələrinə təsir edəcək iki mühüm amilə də toxunub. Politoloq hesab edir ki, 2020-ci il seçkilərində prezidentin kim olacağına yəhudi lobbisi qərar verəcək:

“ABŞ-da, xüsusilə də siyasi dairələrdə belə bir fikir formalaşıb ki, Trampın prezidentliyi dönəmində dövlətçiliyə və ABŞ-ın beynəlxalq nüfuzuna böyük zərbə dəyib. Tramp hakimiyyətə gələndən sonra ABŞ-ın hüquq sistemində də ciddi ölçüdə geriləmə müşahidə olunmaqdadır. Təbii ki, bu gerçəklər ABŞ toplumuna da müəyyən mənada təsir edir. Ona görə də, düşünürəm ki, növbəti seçkilərdə ABŞ cəmiyyətinin tanıdığı, etibar etdiyi, nüfuzlu bir şəxs namizəd olarsa, onun Tramp üzərində qələbəsi reallaşa bilər. 

Trampı hakimiyyətə gətirən və ona səs verən qüvvələrin içərisində əsas şəbəkə “yevangelis”lərdir. Xristian və yəhudilərin birgə fəaliyyətini təmin edən şəbəkənin səsi növbəti seçkidə rol oynaya bilər. Bu məsələdə dünya maliyyə sisteminə rəhbərlik edən yəhudi lobbisini də gözardı etmək doğru deyil. Çünki bu gün yəhudi lobbisi Trampı çox ciddi şəkildə dəstəkləməkdədir. Məhz bunun nəticəsidir ki, İsrail dövləti ilə bağlı qeyri-standart qərarlar verib”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 573