hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Trampın siyasətə yolu bağlanır: "İmpiçmentin əsas məqsədi..." - Politoloq

Trampın siyasətə yolu bağlanır: "İmpiçmentin əsas məqsədi..." - Politoloq

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampa impiçment elan edib. Prezidentliyinin bitmə dövrünə cəmi 6 gün qalmış Donald Trampa impiçment elan edilməsi də maraqlıdır.

Birincidən fərqli olaraq budəfəki impiçment ancaq bir maddə üzrə - iğtişaşa çağırışa görə elan olunub. Qətnamədə deyilir ki, bu hərəkət Konstitusiyaya ziddir. Onu da qeyd edək ki, qərarın lehinə 232, əleyhinə 197 konqresmen səs verib. Lehinə olanlar arasında 10 respublikaçının da olduğu bildirilir.

Maraqlıdır, öz postunu təhvil verməsinə 6 gün qalmış Trampın ata biləcəyi hansı addımlar ABŞ-ın yeni rəhbərliyini narahat edir ki, ona impiçment elan edirlər?

Məsələni Cebhe.info-ya şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, Trampa impiçment elan edilməsi 6 gün qalan hakimiyyət dövrü ilə əlaqəli deyil:

“ABŞ-da yeni cərəyan formalaşıb ki, bu “Trampizm”dir. Bu cərəyanı dəstəkləyənlər isə Tramp ideologiyasının daşıyıcılarıdır. ABŞ-da bu cərəyanın inkişafından narahatdırlar. Çünki Tramp bu cərəyanın ilham qaynağıdır. Digər tərəfdən Tramp gələcəkdə də siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

Belə ehtimal var ki, 4 ildən sonra yeni prezident seçkilərində Tramp namizədliyini irəli sürə bilər. Trampın prezident vəzifəsindən gedəcək, amma eks-prezident statusu imkan verir ki, o ölkədə müəyyən siyasi fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olsun, xeyriyyəçilik adı ilə hansısa siyasi platformanı gündəmə gətirsin. Ona görə də Tramp bütün hallarda uduzmasına baxmayaraq, hakimiyyətdə olan aparıcı siyasi dairələr üçün bir təhlükədir. Bu təhlükəni minimum endirmək üçün Trampa qarşı impiçment elan edilib".

Politoloq hesab edir ki, Tramp prezidentlikdən sonra siyasi fəaliyyətindən istifadə edib Baydenə təsir edə bilər:

“Trampın siyasi fəaliyyəti Baydenin idarəçilik mexanizminə təsir edə biləcək gücdədir. Əsl qorxu da elə buradadır. Iki ildən sonra Amerikada yerli seçkilər keçiriləcək. Yəni Konqresinə seçkilər keçiriləcək. Burda da Respublikaçıların üstünlük qazanma imkanları var. Tramp özü isə Respublikaçılara təsir göstərə bilir.

Ona görə də Tram təsir imkanlarından istifadə etməklə dolayısı ilə Baydenin təşəbbüslərinə əngəllər yarada bilər. Ona görə də Bayden qanunvericilik təşəbbüslərini tam şəkildə irəli sürə bilməyəcək. Hal-hazırda Bayden üçün əlverişli şərait yaratmaq haqqında düşünülür. Çünki hazırda həm Senatda, həm də Konqresdə Baydenin üstünlüyü var və o, əsas təşəbbüslərini yalnız iki il ərzində edə bilər. Yəni yerli seçkiyə qədər.

Yerli seçim olandan sonra mənzərə dəyişə bilər. Tramp da öz revanşını məhz bu məqam üçün saxlayıb. Yəni məsələ Trampın 6 gün qalmış prezidentlik dövrü ilə bağlı deyil. Çox maraqlı məqamdır ki, Tramp prezidentlikdən gedəndən sonra da impiçment davam edəcək.

Yəni Trampa qarşı elan edilmiş impiçmentin ikinci mərhələsi Baydenin prezidentiliyi dönəmində, inauqurasiya mərasimindən sonra davam edəcək. Prosedur qaydasına görə, impiçment hər iki palatada təsdiqlənməlidir. Birinci palatada təstiqlənib, lakin ikinci palatada nəticə alınması üçün vaxt çatmır. Bu ancaq Baydenin prezidentlik fəaliyyətinə düşür. Ona görə də bu çox absurd bir məsələdir. Yəni prezident yoxdur, lakin ona qarşı impiçment var".

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 683

Bizim Telegram səhifəmizi izləyin