hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

TSQ Bitlisdə 3 terrorçunu məhv edib

TSQ Bitlisdə 3 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri (TSQ) ölkənin Bitlis vilayətində PKK terror qruplaşmasına qarşı əməliyyat keçirib.

Cebhe.info xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, ordu qüvvələri bu gün səhər saatlarında Bitlis ətrafında terrorçulara qarşı əməliyyat aparıb.

Məlumata əsasən, aparılan əməliyyatlar zamanı PKK terror qruplaşmasının 3 üzvü məhv edilib.

Xatırladaq ki, 1984-cü ildə meydana çıxan PKK terrorçuları Türkiyə vətəndaşlarına və dövlət orqanlarına qarşı terror aktları, hücumlar təşkil edirlər. Məqsəd bu ölkədə sabitliyi pozmaq və Türkiyəni parçalamaqdır.

Əhməd
Cebhe.info


Oxunma sayı: 848