hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tunel qazıb həbsxanadan QAÇDILAR - VİDEO

Tunel qazıb həbsxanadan QAÇDILAR - VİDEO

Rusiyanın Dağıstan Respublikasında yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən altı məhbus qaçıb.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumatda qeyd olunur ki, dustaqlar qazdıqları tunel vasitəsi ilə saxlanıldıqları həbsxanadan qaçıblar.

Onların axtarışına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, respublika ərazisində müvəqqəti axtarış postları qurulub.

Qaçan dustaqlardan ikisi qətldə ittiham olunan şəxslərdir. (Oxu.az)

Cebhe.info


Oxunma sayı: 1090

Bizim Telegram səhifəmizi izləyin