hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Turistlər də gəlməyəcək: Azərbaycan iqtisadiyyatını nə gözləyir? - RƏY

Turistlər də gəlməyəcək: Azərbaycan iqtisadiyyatını nə gözləyir? - RƏY

Koronavirus pandemiyası qlobal iqtisadiyyata milyardlarla ziyan vurmaqdadır.

Beynəlxalq Valyuta Fondunun açıqladığı proqnozlara görə, pandemiyanın nəticəsində 2020-ci ildə qlobal iqtisadiyyatın kiçilməsi 3 faizə çata bilər. Neft ixrac edən ölkələrdə gözlənilən iqtisadi kiçilmənin isə daha böyük – 3,9 faiz olacağı proqnozlaşdırılır.

Dünya İqtisadi Forumunun açıqlamasında pandemiyanın qlobal iqtisadiyyata mənfi təsirlərinin gözlənildiyindən daha çox və uzunmüddətli ola biləcəyi bildirilir. Çoxsaylı iqtisadçı alim və mütəxəssislərin rəy və mülahizələri əsasında hazırlanan hesabata görə, ən azı qarşıdakı 18 ay ərzində dünya iqtisadiyyatında geriləmə prosesi davam edəcək.

İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumilikdə Azərbaycan iqtisadiyyatının nə qədər kiçilməsinin dəqiq ölçülməsi mümkün deyil:

“Çünki Azərbaycanda statistika yoxdur. İqtisadiyyatın əhəmiyyətli hissəsi qeyri-leqaldır. Amma təqdim olunan rəsmi statistik rəqəmlərə diqqət yetirmiş olsaq, mart ayında Azərbaycan iqtisadiyyatı fevral ayı ilə müqayisədə 29 faiz kiçilib. Aprel ayında isə bu kiçilmə 36 faizə çatıb. Əgər yanvar ayında ÜDM istehsalı 6 milyard manatdan yuxarı idisə, aprel ayında bu 4 milyarda qədər düşdü, may ayında məhdudlaşdırma tədbirləri davam etdiyindən bu kiçilmənin artacağı gözlənilir. Yay aylarında isə turizm sektoru Azərbaycan iqtisadiyyatının əsas baza sektoru hesab olunur. Bu sahə ilə bağlı – xüsusilə də gəlmə turizmlə bağlı 2020-ci ildə ciddi addımların atılmayacağı görünməkdədir. Ona görə də qarşıdakı aylarda da turizm aspektindən iqtisadiyyatda kiçilmə baş verəcək”.

İqtisadçı ilin sonuna müxtəlif proqnozların olduğunu bildirib:

“Məsələyə illik fazadan yanaşdıqda pandemiya və yaranmış stiuatsiyadan qaynaqlanaraq, Azərbaycan iqtisadiyyatının 3 faizdən 6,7 faizə qədər kiçilməsi barədə müxtəlif proqnozlar var. Hesab edirəm ki, 3 faiz optimist ssenaridir, indiki halda vəziyyəti qiymətləndirsək, ən azı 4,5 - 5 faiz kiçilmə var. Növbəti aylarda prosesin davam etməsini nəzərə alsaq, 2020-ci bu kiçilmə 7,5 faizə qədər dərinləşə bilər”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3730