hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Turistləri cəlb etmək üçün yeni layihələr var

Turistləri cəlb etmək üçün yeni layihələr var

Sentyabrın 17-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesi nümayəndələrinin yeni kampaniyalar və proqramlar haqda məlumatlandırılması məqsədilə virtual görüş keçirilib.

Cebhe.info xəbər verir ki, 70-ə yaxın turizm nümayəndəsinin qatıldığı onlayn görüşdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov iştirakçılara Büronun pandemiya dövründə turizmin bərpası üçün hazırladığı yeni layihələr və keçirilən virtual tədbirlər haqda danışıb.

Bəhruz Əsgərov təqdim olunan bu layihələrin turizm sənayesinin bərpa edilməsinə dəstək olacağını, eyni zamanda müxtəlif turizm məhsullarının tanıdılması üçün yeni imkanlar açacağını deyib. Görüş çərçivəsində iştirakçılara gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədini daşıyan yeni rəqəmsallaşdırma layihəsi haqda geniş məlumat verilib.

Virtual toplantıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə keçirilən layihədə iştirak etmək qaydaları və müraciət edənlər üçün meyarlar açıqlanıb. Görüş çərçivəsində “Macəra yaxındadır” kampaniyası və oktyabrın 14-də keçiriləcək “Travel Business Azerbaijan Online 2020” tədbiri haqda da geniş məlumat verilib.

Göstərilən təqdimatda platformadan istifadə qaydalarından, tədbirə qatılmağın iştirakçılara qazandıracağı üstünlüklərdən, sponsorluq paketlərindən və digər məsələlərdən danışılıb və iştirakçıların ünvanladıqları suallar cavablandırılıb. Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun təqdim etdiyi layihəyə qeydiyyat və layihələrin qəbulu sentyabrın 25-dək keçərlidir.

Naibə
Cebhe.info


Oxunma sayı: 606