hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

"Türk Hava Yolları" İstanbuldan Gəncəyə uçuşlara başlayır

"Türk Hava Yolları" İstanbuldan Gəncəyə uçuşlara başlayır

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır.

Aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, "Türk Hava Yolları" hazırda İstanbil-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.

Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir. (Report)

Cebhe.info


Oxunma sayı: 716