hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Türk həkimlər koronavirusu bir dəqiqəyə məhv edən aerozol hazırladı

Türk həkimlər koronavirusu bir dəqiqəyə məhv edən aerozol hazırladı

Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar.

Məlumatı “Daily Sabah” qəzeti yayıb.

“Genoxyn” adlanan aerozol professor Şehim Gülsün Temel, doktor Ahmet Ümit SabancıCüneyt Ozakın tərəfindən hazırlanıb.

Ü.Sabancı bildirib ki, onlar araşdırmanı pandemiyadan əvvəl başlayıblar: “Biz preparatın antibakterial fəallığa malik olduğunu sınaqdan çıxardıq. Pandemiyadan sonra ondan COVID-19-a qarşı istifadə edilməsinin mümkünlüyü üzərində işləməyə başladıq. Araşdırmalarımız sübut etdi ki, bu aerozol ağız və burun boşluqları toxumalarındakı virusu məhv edə bilər. Bu COVID-19-un yayılmasının qarşısını alır, sayını azaldır”/Report.

Cebhe.info


Oxunma sayı: 837