hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türk Şurası ilə birjaların yaradılması və fəaliyyət mexanizmləri müzakirə olunub

Türk Şurası ilə birjaların yaradılması və fəaliyyət mexanizmləri müzakirə olunub

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) rəhbər heyətlərinin, eləcə də Türk Ticarət və Sənaye Palatası və Türk Şurasının əməkdaşlarının iştirakı ilə əmtəə birjalarının yaradılması və fəaliyyət mexanizmləri haqqında vebinar keçirib.

Cebhe.info xəbər verir ki, bu haqda Konfederasiya məlumat yayıb.

Bildirilib ki, tədbirdə, Azərbaycanda əmtəə birjalarının yaradılması və ASK-nın rolu, TOBB-un qabaqcıl təcrübəsi, eləcə də birjanın fəaliyyət mexanizmləri və gələcəkdə bu sahədə TOBB-un ASK-ya dəstək imkanları müzakirə olunub.

Daha sonra görüş TOBB-un birjalar sədri Yiğit Ateşin geniş təqdimatı və hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Cebhe.info


Oxunma sayı: 1442

Bizim Telegram səhifəmizi izləyin