hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Türkiyə Azərbaycanla hava sərhədini açır: Nazir açıqladı

Türkiyə Azərbaycanla hava sərhədini açır: Nazir açıqladı

İyunun 15-dən etibarən Türkiyədən Azərbaycana uçuşlar bərpa olunacaq. Cebhe.info xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bildirib.

NTV-nin məlumata görə, iyun ayında mərhələli şəkildə 92 ölkəyə uçuşların bərpası nəzərdə tutulur və bu istiqatədə müzakirələr gedir. Artıq bəzi ölkələrlə bu barədə qərar qəbul edilib.

İlk uçuşlar iyunun 10-dan Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacaq.

Nazir bildirib ki, 15 iyundan eitbarən Almaniya, Avstraliya, Azərbaycan, Çexiya, Xorvatiya, Hnq-Konq, Yaponiya, Litva, Macaristan, Polşa, Rumıniya, Serbiya, Sinqapur, Sloveniyaya səfərlər həyata keçiriləcək.

20 yundan isə Hollandiya və Qazaxıstanla hava nəqliyyatı bərpa olunacaq.

22 iyundan etibarən Bosniya-Hersoqovina, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, Qırızıstanla hava nəqliyyatı bərpa olunacaq.

Xəzər

Cebhe.info


Oxunma sayı: 5589