hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə də peyvəndi sınaqdan keçirdi

Türkiyə də peyvəndi sınaqdan keçirdi

Dünyanın səbirsizliklə gözlədiyi koronavirus peyvəndinin daha bir nümunəsi Türkiyədə Hacettepe Universitetinin tibb fakültəsində sınaq mərhələsindən keçirilib.

Cebhe.info xəbər verir ki, Çində yaradılan koronavirus peyvəndinin sınaq mərhələsi daha öncə Brazilya və İndoneziyada həyata keçirilib. Peyvəndən sınaq mərhələsinin keçiriləcəyi ölkələrin siyahısına Türkiyə də əlavə edilib. Peyvəndin ilk sınağı Hacettepe Tibb Fakültəsinin səhiyyə işçilərinə edilib. 14 gündən sonra peyvəndin necə təsir etdiyi haqqında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat veriləcək.

Qeyd edək ki, peyvəndin ilkin nəticələrindən sonra könüllü olan şəxslərə də peyvənd vurulacaq. Ümumilikdə xroniki xəstəliyi olan 13 min şəxsə peyvənd vurulması hədəflənib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 859