hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə hərbçiləri azad edilmiş əraziləri minalardan təmizləyəcək-Hulusi Akar

Türkiyə hərbçiləri azad edilmiş əraziləri minalardan təmizləyəcək-Hulusi Akar

“Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, hərbçilər yaxın günlərdə bölgədə olacaqlar:

“Orada əsas məsələlərdən biri insani məsələdir. Ermənistan hər tərəfi dağıdıb, bunların hamısı qeydə alınıb. Edilə biləcək hər cür barbarlığı ediblər və buna davam edirlər. Getdikləri yerlərdə mina, əl qumbarası buraxmaqla ora gələcək nə qədər məsum insanın həyatına qəsd edirlər. Türkiyədən gedəcək Mehmetcik bu məsələdə azərbaycanlı qardaşlarımıza lazımi yardım göstərək və oradakı mina, partlayıcıları zərərəsizləşdirərək qardaşlarımızın zərər görməsinin qarşısını alacaq”.

Cebhe.info


Oxunma sayı: 1310

Bizim Telegram səhifəmizi izləyin