hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Türkiyə ilə media sahəsində əməkdaşlıq memorandumu təsdiqlənəcək

Türkiyə ilə media sahəsində əməkdaşlıq memorandumu təsdiqlənəcək

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

İclasda çıxış edən komitə sədri Qənirə Paşayeva bildirib ki, bu sənəd qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətlidir. Həmçinin iclasda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Təklif edilən dəyişikliklər ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub. Hər iki layihə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Cebhe.info


Oxunma sayı: 1530