hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Türkiyə məktəbliləri əsgərlərimizə məktub yazdılar - VİDEO

Türkiyə məktəbliləri əsgərlərimizə məktub yazdılar - VİDEO

Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Respublikasının rəsmiləri, eləcə də hər bir Türkiyə vətəndaşı Azərbaycan xalqının və ordusunun yanında olduqlarını bütün dünyaya bəyan etdilər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyə Respublikasının Qaradəniz bölgəsinin Samsun ilinin Canik Koçatepe ilkokulu müəllim və şagirdlərinin Azərbaycan əsgərinə göndərdikləri hədiyyə və məktubların təqdimatı qalib vətən əsgərlərinin böyük sevincinə səbəb olub.

Tədbirdə məktublar oxunub, hədiyyələr əsgərlərə təqdim edilib və uşaqların çəkdikləri videolar hərbi qulluqçular tərəfindən böyük marağa izlənilib.

Şagirdlərdən Asya Bahar Konaçoğlunun, Eymen Efe Keskinin, Meryem Qaradənizin, Buse Aşçının, Berat Duranın, Zeynəb Kayanın, Alpərən Çürtükün, Mikail Duykunun, Berk Artulun və digərlərinin sevgi ilə yazdıqları məktublar döyüşçülərə duyğulu anlar yaşadıb. Hər məktubda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının təsviri əsgərlərdə böyük qürur hissi oyadıb.

Əslən işğaldan azad edilmiş Qubadlı rayonunun Dəmirçilər kəndindən olan əsgər Ülvi Xasayzadə Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi yeni şeirini oxuyub.

Döyüşçülər samsunlu məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək onlara minnətdarlıq dolu məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.

Cebhe.info


Oxunma sayı: 837

Bizim Telegram səhifəmizi izləyin