hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə MN Azərbaycanı təbrik etdi: "Qardaşımız, canımız Azərbaycanımız..."

Türkiyə MN Azərbaycanı təbrik etdi: "Qardaşımız, canımız Azərbaycanımız..."

Türkiyə Milli Müdafiə Nazirliyi "Tvitter"də Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. Cebhe.info xəbər verir ki, bununla əlaqədar olaraq 2 paylaşım edilib.

"Qardaşımız, canımız Azərbaycanımız... Müstəqillik Gününüz mübarək olsun.

Dağlıq Qarabağı Ermənistan işğalından azad etmək üçün yürütdüyünüz hərəkatda qardaşlarınız olaraq yanınızdayıq və hər zaman da yanınızda olacağıq. Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq".

Digər təbrikdə isə Azərinin ifasında sözləri Əhməd Cavada aid olan "Can, can, can Azərbaycan" mahnısı paylaşılıb.

"Canım, gözüm, Azərbaycan! Gələn il müstəqillik gününüzü qələbə alqışları ilə və daha coşqu ilə qeyd edəcəyimizə inanırıq",-deyə paylaşıma əlavə edilib.

Naibə
Cebhe.info


Oxunma sayı: 870

Bizim Telegram səhifəmizi izləyin