hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Türkiyə MN: “Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacağıq!"

Türkiyə MN: “Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacağıq!"

Suriyada “Zeytun budağı” əməliyyatı bölgəsinə hücum etməyi planlaşdıran 2 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacağıq! “Zeytun budağı”ı bölgəsinə hücum edən terrorçuların mövqeləri təsbit olunduqdan sonra onların məhv edilməsi istiqamətində əməliyyatlarımız davam edir. Hücum etməyə hazırlaşan daha 2 terrorçu komandolarımız tərəfindən zərərsizləşdirilib“, - nazirlikdın bildirilib.

Qeyd edək ki, aprelin 7-də “Zeytun budağı” bölgəsində PKK/YPG-PYD terror qruplaşmasının hücumu nəticəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olub. Cavab atəşi nəticəsində 3 terrorçu məhv edilib. Bununla da iki gündə həmin regionda 5 terrorçu zərərsizləşdirilib/Report.

Cebhe.info


Oxunma sayı: 430