hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə nəhəngi millimizin sabiq məşqçisi ilə maraqlanır

Türkiyə nəhəngi millimizin sabiq məşqçisi ilə maraqlanır

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki “Trabzonspor” klubunu çalışdıra bilər.

Cebhe.info xəbər verir ki, Türkiyə mətbuatı bu barədə məlumat yayıb.

Bildirilir ki, rəhbərlikdəki bəzi şəxslər Abdullah Avcının baş məşqçi postuna gətirilməsini istəsə də, çoxluq Prosineçkinin təyin olunmasının tərəfdarıdır. Artıq bununla bağlı olaraq, 51 yaşlı məşqçi ilə danışıqlar aparılıb.

Təcrübəli mütəxəssis "Trabzonspor"dan ilinə 1 milyon avro istəyib. Rəhbərlik də bu şərtə isti yanaşır. Digər tərəfdən, Prosineçkinin Super Liqanın yeni klubu "Hatayspor"la da əlaqədə olduğu bildirilib.

Qeyd edək ki, "Trabzonspor" Hüseyin Çimşirin rəhbərliyi altında Türkiyə Superliqasının 33-cü turunda "Konyaspor"a 3:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib. Klub bundan sonra 41 yaşlı çalışdırıcı ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Naibə
Cebhe.info


Oxunma sayı: 1266