hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə PKK-ya görə Qarabağa girəcək: “Ankara və Bakı arasında təmaslar başlayıb”

Türkiyə PKK-ya görə Qarabağa girəcək: “Ankara və Bakı arasında təmaslar başlayıb”

Türkiyənin “Cümhuriyet” qəzeti ötən gün PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələrinin Qarabağa yerləşdirilməsi ilə yayımladığı informasiya ciddi müzakirələrə səbəb oldu.

“Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi. Paşinyann demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib”, - deyə məqalədə deyilir.

Siyasi şərhçilər bu faktın Türkiyənin Dağlıq Qarabağda antiterror əməliyyatları üçün şans yaratdığı qənaətindədir. Məlumdur ki, Türkiyə PKK-ya qarşı həm daxildə, həm də Suriyada, İraqda və Livanda müzakirə aparır. Hesab olunur ki, PKK-nın Dağlıq Qarabağda yerləşdirilməsi də Türkiyənin Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatlarına başlayacaq.

Maraqlıdır, Türkiyə Qarabağda antiterror əməliyyatı üçün bu faktı əsas götürərək Azərbaycana hərbi dəstək verə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Türkiyə Azərbaycana nəinki hərbi dəstək, razılıq alaraq özü də birbaşa əməliyyat keçirə bilər:

“Türkiyə Azərbaycanla birgə də əməliyyatlara başlamaq imkanı var. Əgər bu informasiyalar çoxalarsa, təsdiqini taparsa, necə ki, Türkiyə ordusu PKK-ya qarşı İraqda və Suriyada mübarizə aparır, eynilə Azərbaycanın işğal olunmuş ərazilərində də əməliyyat aparmağa tam haqqı çatacaq. Yetər ki, bu informasiyalar doğrulansın. Düşünürəm ki, artıq bu təhlükə var, çünki PKK özləri üçün təhlükəsiz məkan axtarır. Sayları isə azalır, Türkiyə ordusu ilə bacara bilmir. PKK da təhlükəsiz məkan olaraq işğal altındakı torpaqları seçə bilər. Düşünürəm ki, bu istiqamətdə artıq Ankara ilə Bakı arasında təmaslar da başlayıb, fikir mübadiləsi gedir”.

Türkiyənin Ermənistanda PKK-ya qarşı hərbi əməliyyatlara başlaması məsələsi də toxunan Elxan Şahinoğlu bildirib ki, bu bir qədər riskli olar:

“Çünki Ermənistan yenə hay-həşir salacaq. Onsuz da Türkiyəni hazırda Aralıq dənizində sıxışdırmağa çalışırlar. Amma Türkiyə Dağlıq Qarabağda çox rahat şəkildə antiterror əməliyyatı keçirə bilər. Əgər PKK-nın orada yerləşdirilməsi xəbərləri təsdiqini taparsa, saylarının çox olması ilə bağlı məlumat olarsa, Türkiyə bu əməliyyatı keçirəcək. O zaman Dağlıq Qarabağda Azərbaycanla birgə hərbi əməliyyat başlaya bilər. Amma Türkiyənin birbaşa Ermənistanda antiterror əməliyyatı aparması riskli olar. Düşünürəm ki, hazırda bu, Türkiyə üçün heç lazım da deyil. Bəllidir ki, PKK-nın Dağlıq Qarabağda yerləşdirilməsinə Ermənistan başçılıq edir. PKK ilə təmaslarının olması da məlumdur. Amma PKK hardadırsa, əməliyyat o ərazidə keçirilməlidir. Əgər PKK Ermənistanda yerləşməyibsə, Türkiyənin orada əməliyyat keçirməsinə ehtiyac yoxdur”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3048