hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Türkiyə-Rusiya uçuşları yenə dayandırılacaq?

Türkiyə-Rusiya uçuşları yenə dayandırılacaq?

Koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən Türkiyə Rusiya ilə uçuşları dayandırmaq ərəfəsindədir.

Cebhe.info xəbər verir ki, bunu Ural Turizm Birliyinin prezidenti Mixail Maltsev söyləyib.

Məlumatə URA.RU portalı yayıb. Maltsev bildirib ki, Türkiyə hökuməti ölkəyə gələn rus turistlər üçün məcburi karantin tətbiqini müzakirə edir. "Bununla yanaşı, bəzi dövlət məmurları və ölkənin Səhiyyə Nazirliyi sərhədlərin bağlanması da daxil olmaqla daha da sərt tədbirlər təklif edir",-deyə o qeyd edib. "Türkiyə hər hansı bir məhdudiyyət tətbiq etməmək üçün ilk növbədə ümumən Rusiyada koronavirusun yayılması göstəricilərində azalma gözləyir", -deyə Maltsev əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Səhiyyə Nazirliyi Rusiyada koronavirusa yoluxanların sayının artmasında rekordun bir daha yeniləndiyini bildirmişdi.

Sevinc Tapdıqqızı

Cebhe.info


Oxunma sayı: 815