hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə XİN: "Ermənistanın bu dəfə də atəşkəsi pozmasına həmsədr ölkələr yenə səssiz qalır"

Türkiyə XİN: "Ermənistanın bu dəfə də atəşkəsi pozmasına həmsədr ölkələr yenə səssiz qalır"

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Bərdə rayonuna son hücumları ilə əlaqədar bəyanat yayıb.

APA-nın yerli bürosunun Türkiyə XİN-ə istinadla verdiyi məlumata görə, bəyanatda bildirilib ki, Ermənistanın elan edilən atəşkəsə rəğmən Azərbaycanda münaqişə bölgəsindən kənar, mülki əhalinin yaşadığı yerlərə hücum etməsi hümanist və mənəvi dəyərləri tapdalamaqdadır və bu, antiinsani davranışdır:

“Ermənistan silahlı quvvələrinin bu gün axşam saatlarında Bərdəyə hücumu nəticəsində biri uşaq olmaqla 4 nəfər şəhid olub, 14 nəfər yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun”.

“Ermənistanın insanlıqdan kənar hücumlarını ən ağır şəkildə qınayır, bu məsələdə cavabdeh ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə dur deməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, Türkiyə XİN Minsk Qrupu həmsədrlərinin müdaxiləsi ilə bu günə qədər edilən 3 atəşkəsin hər dəfə də Ermənistan tərəfindən pozulmasına həmsədr ölkələrin səssiz qalmasını səbəbsiz hesab etmir.

Cebhe.info


Oxunma sayı: 1420

Bizim Telegram səhifəmizi izləyin