hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyədə bu gün karantin qaydaları sərtləşdirilib: Küçəyə çıxmaq qadağan edilib

Türkiyədə bu gün karantin qaydaları sərtləşdirilib: Küçəyə çıxmaq qadağan edilib

Qardaş ölkə Türkiyədə Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə yeni tədbirlər həyata keçirilib. Belə ki, bu gün saat 20:00-dan etibarən Türkiyədə əhalinin küçəyə çıxmağına müəyyən qadağalar tətbiq edilib.

Cebhe.info xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyindən koronavirusla mübarizə üçün yeni tədbirlər qaydası hazırlanıb.

Tədbirlər planında nəzərdə tutulan qadağalar bu gün etibarı ilə başlayıb. Qaydaya əsasən, 65 yaşdan yuxarı şəxslər 10:00-13:00 arasında çölə çıxa bilərlər. Həftəsonları isə saat 20:00-dan sonra küçəyə çıxmaq qadağan edilib.

Qeyd edək ki, xarici işlər nazirliyindən verilən məlumata görə, yeni qaydalar tətbiq edilənədək bu qərar qüvvədə qalacaq.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 716

Bizim Telegram səhifəmizi izləyin