hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 53 842 şübhəli koronavirus testindən keçib, onlardan 1178-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 582 nəfər olub, 1015 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 236 112 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5784 nəfər ölüb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına yoluxma sayı sutka ərzində mini keçdiyinə görə, Daxili İşlər Nazirliyi sabahdan yeni tədbirlər planı tətbiq edəcək.

Cebhe.info


Oxunma sayı: 2817