Türkiyədə bu nazirlikdə əməliyyat keçirildi - Rəhbər şəxsin evindən 5 milyon avro çıxdı

Türkiyənin Müdafiə Sənayesi Nazirliyindəki casusluq və rüşvət şəbəkəsi ilə bağlı Milli İstihbarat Təşkilatı (MİT) və Polis birgə əməliyyat keçirib.
Unikal.org xəbər verir ki, şəbəkənin rəhbəri Yusuf Hakan Özbilginin evində 5 milyon avro aşkarlanıb.
Əməliyyatda 6 nəfər saxlanılıb.
Yusuf Hakan Özbilgi 2018-ci ildə Müdafiə Sənayesi Müdirliyində İnsansız və Ağıllı Sistemlər Departamentinin Layihə rəhbəri vəzifəsində çalışıb.
Cebhe.info
Oxunma sayı: 661
Bizim Telegram səhifəmizi izləyin