Türkiyədə COVID-19-a yoluxanların sayı artır

Türkiyədə son sutka ərzində 73 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazirin sözlərinə görə, 9 572 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 358, virusa yoluxanlar isə 2 674 766 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 546 503 pasiyent (son sutkada 6 210 nəfər) sağalaraq evə buraxılıb.
Cebhe.info
Oxunma sayı: 793