hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Türkiyədə donuz kənd sakininə hücum etdi

Türkiyədə donuz kənd sakininə hücum etdi

Türkiyənin Edirne bölgəsində donuz kənd sakininə hücum edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, göbələk yığmaq üçün meşəyə gedən Necmettin Kuzakçı donuzun hücumuna məruz qalıb.

Ağır yaralanan yaşlı adam özünü kəndə çatdıra bilib. Dərhal xəstəxanaya yerləşdirilən kişi əməliyyat olunub. Onun bədəninin müxtəlif nahiyələrinə 60-a qədər tikiş qoyulub.

N.Kuzakçı meşədə itlər tərəfindən yaralanmış aqressiv donuzla qarşılaşdığını deyib. Donuzun hücumu nəticəsində qolu qırılıb, bədəninin bütün hissələrindən xəsarət alıb. Sonda donuz qaçıb və yaralı kişi ağır vəziyyətdə kəndə qayıdıb. Hazırda vəziyyəti normaldır.

Cebhe.info


Oxunma sayı: 694

Bizim Telegram səhifəmizi izləyin