hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Türkiyədə martın 2-dən məktəblər açılır

Türkiyədə martın 2-dən məktəblər açılır

Türkiyədə martın 2-dən etibarən bəzi məhdudiyyətlərlə məktəblərdə üz-üzə dərslər bərpa olunur.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Təhsil Nazirliyinin təlimatında deyilir.

Qeyd olunur ki, ibtidai siniflərdə dərslər bir sinif üçün həftədə 2 gün ümumilikdə 12 saatı keçməməklə baş tutacaq.

Orta məktəb və liseyin son sinifləri hesab olunan 8 və 12-ci siniflərdə dərslər bərpa olunur. 8-ci siniflərdə həftədə 22 saat, 12-ci siniflərd həftədə 24 saat dərs keçiriləcək.

Qeyd edək ki, Türkiyədə kənd məktəbləri fevralın 15-dən dərslərə başlayıb.

Cebhe.info


Oxunma sayı: 782