hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyədə məktəblərdə dərslər bərpa olunur

Türkiyədə məktəblərdə dərslər bərpa olunur

Türkiyənin Təhsil naziri Ziya Səlçuk sentyabrın 21-də ənənəvi təhsilin bərpa ediləcəyini açıqlayıb.

Cebhe.info xəbər verir ki, nazir bildirib ki, ənənəvi təhsilin bərpası müəyyən qaydalarla həyata keçiriləcək:

"21-25 sentyabr ənənəvi qaydada keçiriləcək dərslərin cədvəlinə məktəb rəhbərliyi və müəllimlərin fikri nəzərə alınaraq qərar veriləcək. Birinci siniflərdə gündəlik 5 dərs saatı nəzərdə tutulub. Hər dərs 1 saat keçiriləcək və aralarında 10 dəqiqəlik tənəffüs olacaq. İmkanlara və şərtlərə uyğun olaraq sosial məsafə qaydalarına əməl edilməsi üçün siniflərin iki ayrı qrup halında dərslərə cəlb edilməsinə nəzarət ediləcək.

Tənəffüs saatlarında şagirdlərin sosial məsafə qaydalarına riayət etməsi üçün bütün tədbirlər alınacaq".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 683