hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Türkiyədə Rusiyanın "NTV" kanalının əməkdaşları saxlanılıb - FOTO

Türkiyədə Rusiyanın "NTV" kanalının əməkdaşları saxlanılıb - FOTO

Türkiyədə Rusiyanın "NTV" kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə kanalın özü xəbər yayıb

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. Sonra onlarla əlaqə kəsilib.

Moskva vaxtı ilə saat 21:00-da Aleksey Petruşko qısa bir SMS göndərməyə imkan tapıb.

“Nə səbəbdənsə bizi hələ də saxlayırlar”, - deyə ismarıcda bildirilib.

Bundan sonra yenidən onlarla əlaqə yaratmaq mümkün olmayıb; nə zənglərə, nə də mesajlara cavab verilib.

“"NTV" televiziya şirkəti, vəziyyəti aydınlaşdırmaq üçün Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu ilə sıx təmasdadır”, - deyə kanaldan bildirilib.

Cebhe.info


Oxunma sayı: 1552

Bizim Telegram səhifəmizi izləyin