hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyədə sərt tədbirlərə başlanılıb

Türkiyədə sərt tədbirlərə başlanılıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm sayında sürətli artım davam etməkdədir.

Hökumətin, ölümcül pandemiyanın yayılma riskini azaltmaq məqsədilə tətbiq etdiyi sərt qadağalar noyabrın 21-dən qüvvəyə minib. Məhdudiyyətlərin bir qismi şənbə və bazar günlərini əhatə edəcək. Bu gün Türkiyə vaxtı ilə saat 20.00-da başlanan evdən çıxmaq qadağası sabah saat 10.00-a qədər qüvvədədir. Eyni qadağa bazar günü də göstərilən saat intervalında tətbiq olunacaq.

Azərtac Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 21-də Türkiyədə 152 min 214 nəfər testdən keçirilib. Onlardan 5 min 332 nəfərin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 135 nəfər ölüb, 3 min 233 nəfər isə sağalıb. Ölkə üzrə indiyədək infeksiyadan ölənlərin ümumi sayı 12 min 219 nəfərə çatıb. Bu gün infeksiya aşkarlananlar dünənki ilə müqayisədə 229 nəfər çoxdur.

Cebhe.info


Oxunma sayı: 1607

Bizim Telegram səhifəmizi izləyin