hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyədə son sutkada 15 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada 15 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 61 446 şübhəli koronavirus testindən keçib, onlardan 1182-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 596 nəfər olub, 1103 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 240 804 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5844 nəfər ölüb.

Cebhe.info


Oxunma sayı: 1926