hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Türkiyədə son sutkada koronavirusdan 190 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 190 nəfər ölüb

Dünən Türkiyədə koronavirusdan həyatını itirənlərin sayında rekord rəqəm qeydə alınıb. Belə ki, virus səbəbindən ölənlərin sayı 190 nəfər olub.

Cebhe.info xəbər verir ki, Türkiyədə virusa yoluxma və ölüm halları çoxalmağa davam edir. Hazırda virusa yoluxanların sayı 30 110 nəfərdir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda müalicə alan xəstələrin sayı 6 101, sağalanların sayı isə 4 593 nəfərdir.

Qeyd edək ki, bu günə qədər Türkiyədə virusdan həyatını itirənlərin sayı 13 936 nəfərdir.

Virusun sürətlə yayılması karantin qaydalarının da sərtləşdirilməsinə səbəb ola bilər. Türkiyədə həftə sonu tam, həftə içi isə müəyyən saatlarda çölə çıxmaq qadağası tətbiq edilə bilər.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2784

Bizim Telegram səhifəmizi izləyin