hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Türkiyədə ÜDM 6,7 faiz artıb

Türkiyədə ÜDM 6,7 faiz artıb

Türkiyədə cari ilin üçüncü rübündə ÜDM ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bir sıra ekspertlər bu artımı 4,8 faiz səviyyəsində gözləyirdilər.

Həmçinin koronavirus pandemiyası üzündən 9,9 faizlik azalma qeydə alınmış ikinci rübə nisbətən isə ÜDM artımı 15,6 faiz təşkil edib.

Türkiyə Statistika Qurumunun məlumatına görə, üçüncü rübdə maliyyə sektorunda 41,1 faiz, texnologiya sektorunda 15 faiz, sənayedə isə 8 faiz artım baş verib.

Bütövlükdə çətin keçən ikinci rübdən sonra karantin məhdudiyyətlərinin ləğv edilməsi, habelə hökumət tərəfindən dəstək tədbirləri iqtisadiyyatın dirçəlməsində mühüm rol oynasa da, ekspertlərin fikrincə, hazırkı müsbət trendin bundan sonra da davam edəcəyi ağlabatan deyil. Belə ki, son bir həftə ərzində gündəlik yoluxma 2 mindən 29 minədək artıb. “Üçüncü rübdə iqtisadiyyatın inamla dirçəlməsinə baxmayaraq, növbəti mərhələdə dirçəlmənin daha çətin keçəcəyi yəqindir”, - deyə “Capital Economics”in eksperti Ceyson Tyüvi “Reuters”ə bildirib.

Cebhe.info


Oxunma sayı: 1409

Bizim Telegram səhifəmizi izləyin